RƏSMİ SƏNƏDLƏR


Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin