CƏMİYYƏT


Bir sıra ictimai obyektlərin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 11-də Bakıdakı “Safran” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Baytarlıq İdarəsində, Tərtər rayon Azadqaraqoyunlu kəndindəki “MKT IK”-nin pambıq qəbulu məntəqəsində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə, Qusar şəhərində yerləşən “OKİ” Tibb müalicəxanasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 267 və 297 saylı tam orta məktəblərdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon Peşə liseyində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Bərdə şəhər Dəmir yolu stansiyasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin, həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.