RƏSMİ SƏNƏDLƏR


Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifədən azad edilsinlər:

Aslan Kalbalı oğlu Kalbalıyev - Ali Məhkəmənin hakimi

İlham Bayram oğlu Əhmədov - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Fehruz Novruz oğlu Abbasov - Şirvan Apellyasiya Məhkəməsinin hakimi

Mübariz Rahil oğlu Hüseynov - Şəki Apellyasiya Məhkəməsinin hakimi

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                    S.Qafarova
 

Bakı şəhəri, 5 may 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin