REGİONLAR


Bir sıra xəstəliklərin şəfa mənbəyi - Naxçıvanın Şorsu palçığı

Naxçıvan, 1 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasında bəzi xəstəliklərin müalicəsində Şorsu palçığı tətbiq edilir. Şorsu palçığı periferik sinir, dayaq-hərəkət sistemlərinin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində geniş istifadə olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək hər bir bölgəsi mineral sular, dərman bitkiləri və digər təbii ehtiyatlarla zəngin olan Naxçıvanın hələ də geniş istifadə üçün təqdim edilməyən təbii müalicəvi vasitələri olduğunu bildirib. Naxçıvan-Sədərək magistral avtomobil yolunun üzərində yerləşən Şorsu da belə müalicə qaynaqlarından biridir.

Alim qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə istehsal edilən müalicə əhəmiyyətli bu palçıq AMEA Naxçıvan Bölməsi tərəfindən artıq qablaşdırılıb. Hazırlanan bu vasitə həm palçıq, həm də quru toz formasındadır. Şorsu palçığının əczaxanalarda satılması da mümkün olacaq.

Tədbirdə palçığın istifadə qaydasından, onun tərkibi və müalicəvi əhəmiyyətindən ətraflı söhbət açılıb. Qeyd edilib ki, əczaxanalara veriləcək palçığın qablaşdırıldığı paketin və qutunun üzərində onun müalicəvi əhəmiyyəti, istifadə qaydası və kimyəvi tərkibi haqqında ətraflı məlumat yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.