İDMAN


Bir və ya üç bolidi olan komandalar da Formula 1 yarışlarına buraxıla bilər

Bakı, 11 iyul, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının rəhbərliyi bir və ya üç bolidi olan komandaların seriyaya buraxılması imkanını nəzərdən keçirir. AZƏRTAC xəbər verir ki, bunu Formula 1-in texniki direktoru Pet Simonds bəyan edib.

O deyib: “Motorsport Industry Association” konfransında bu məsələ gündəlikdə olmayıb, amma növbəti görüşdə onu müzakirə edə bilərik. Hesab olunurdu ki, 20 maşın ideal sayda iştirakçıdır, amma Formula 1-də rəqabəti gücləndirmək kontekstində komandaların seriyaya bir və ya üç maşın çıxarması ideyasını da nəzərdən keçirmək olar. İndi bəzi məsələlərin müəyyən edilməsinə Formula 1 komandalarının təsiri həddindən çoxdur. Yəqin ki, kiçik, amma güclü komandaların gəlişi onları narahat edəcək”.

Xatırladaq ki, hazırda hər bir Formula 1 komandası seriyaya yalnız iki bolid çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.