İQTİSADİYYAT
Birbaşa investisiyalar formasında xaricdən 2,1 milyard dollar cəlb edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Cari ilin 6 ayında birbaşa investisiyalar formasında xaricdən cəlb edilmiş sərmayənin ümumi məbləği 2,1 milyard dollar olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-65,6 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1 milyard 778,4 milyon dollar) kapitalın repatriasiyası (1 milyard 844 milyon dollar) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 328,6 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]