İDMAN


Birgə yarışlar: Bədii gimnastlar və akrobatlar xalça üzərinə çıxır

Şəki, 9 dekabr, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, Şəkidə keçirilən birgə yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq.

Yarışların ikinci günündə yeniyetmə bədii gimnastlar halqa, top və gürzlərlə, yeniyetmə və böyük akrobatlar qadın qrupu, kişi cütlüyü, qadın cütlüyü və qarışıq cütlük kateqoriyalarında mübarizə aparırlar.

İndiyədək ölkəmizin müxtəlif bölgələrində gimnastika növləri üzrə yarışları təşkil edən AGF ötən illərdən fərqli olaraq birgə yarışları ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edir.

Bu gün yarışların açılış mərasimi olacaq. Tədbirdə tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim ediləcək.

Birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.