Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

-Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki.

Hörmətli xanımlar və cənablar.

Əziz idmançılar.

Bakıda birinci Avropa Oyunları uğurla başa çatıb. Bu münasibətlə mən sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələrinin qərarı ilə birinci Oyunların keçirilməsi qərarı qəbul edilmişdir və bu şərəfli missiya bizim üzərimizə düşmüşdür. Bu qərara görə, bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara və ilk növbədə Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkiyə öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığımı bildirmək istəyirəm. Məhz cənab Patrik Hikkinin təşəbbüsü ilə bu Oyunlar baş tutdu. Bu Oyunların keçirilməsində iştirak etmiş bütün insanlara bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərardan sonra Azərbaycanda gərgin iş başlamışdır. Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat Komitəsi yaradılmışdır. Hamımız yaxşı dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək.

Yadımdadır, qərar qəbul olunandan sonra mən xalqa müraciət etdim və xalqı təbrik etdim. Eyni zamanda, dedim ki, biz çalışacağıq bu Oyunları ən yüksək səviyyədə keçirək. Şadam ki, bu, belə də oldu. Doğrudan da birinci Avropa Oyunları tarixdə həm də ona görə qalacaq ki, bu Oyunlar ən yüksək dünya səviyyəsində keçirilmişdir.

Bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi. Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin iş gördük. Gərgin şəraitdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır.

Məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu. Mən bir daha Avropa Olimpiya Komitələrinin prezidenti cənab Hikkiyə minnətdaram ki, onun və Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.

Oyunların hazırlanmasında Beynəlxalq Əməliyyat Komitəsinin - BEGOC-un rolunu yüksək qiymətləndirirəm. Orada işləyən peşəkar insanlar əlbəttə ki, öz təcrübələrini, biliklərini Azərbaycana gətirmişlər, bizimlə bölüşmüşlər. Onlarsız bu Oyunları bu səviyyədə keçirmək mümkün olmayacaqdı.

Bilirəm ki, onlar da bu aylar, illər ərzində Azərbaycanı ürəkdən sevmişlər. Azərbaycanın bütün imkanlarını, xalqın əhval-ruhiyyəsini və ölkəmizdə gedən müsbət prosesləri görərək onlar bizim xalqımıza, dövlətimizə çox bağlı oldular. Əminəm ki, bu xatirələr onların qəlbindən heç vaxt silinməyəcək. Çünki onların həyatlarının bir hissəsi Azərbaycanda keçibdir. Əminəm ki, biz gələcəkdə də onlarla tez-tez görüşəcəyik.

Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.

Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?

Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır.

Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik – məhz budur bizim uğurlarımızın əsas şərtləri.

Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik.

İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun.

Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq.

Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.

İdman hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram.

X X X

 

Sonra mükafatlandırma mərasimi keçirildi.

“Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Şöhrət”, “Dostluq”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Tərəqqi” medalı ilə təltif edilmələri barədə dövlətimizin başçısının 2015-ci il 29 iyun tarixli sərəncamları oxundu.

Azərbaycan Prezidenti İlham Əliyev mükafatları təqdim etdi.

“Dostluq” ordeni ilə təltif olunan birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon KLEQ mükafatlandırılanlar adından çıxış edərək dedi:

- Cənab Prezident.

Birinci xanım Mehriban Əliyeva.

Avropa Olimpiya Komitələrinin prezidenti.

Nazirlər, hörmətli qonaqlar, idmançılar.

Xanımlar və cənablar.

İcazə verin, iştirakçılar adından ilk növbədə, cənab Prezident, Sizə bir neçə kəlmə ilə təşəkkürümü bildirim.

Uzaqgörənliyinizə, Avropa Olimpiya Komitələrinin uzun illər arzusu olan Avropa Oyunlarının reallığa çevrilməsini təmin etmək üçün üzərinizə götürdüyünüz maddi və siyasi öhdəliyə görə Sizə təşəkkür edirəm. Bu, bizim hamımız üçün heyrətamiz təcrübə oldu. Mən bunu zarafatla “ömrü qısaldan təcrübə” adlandırıram və həyatımın bu çağında özümə daha çox ömür qısaldan təcrübə imkanı verə bilmərəm. Bütün bunların 30 aya həyata keçirilməsi təkcə BEGOC-un deyil, Sizin bütün nazirlikləriniz və qurumlarınızın böyük nailiyyətidir.

Bu salondakı hər kəs “Bakı-2015” ilk Avropa Oyunlarının bir parçası oldu. Bu salondakı hər kəs Oyunların uğuruna öz fərdi və kollektiv töhfəsini verdi. Mən xüsusilə Azərbaycan xalqını Oyunların təkcə birinci günü deyil, bütün 17 günü ərzində ruhlandıran atletlərinizi təbrik edirəm. Biz gündən-günə daha çox adamın Sizin atletləri dəstəkləməyə gəlməsinin və onların uğurundan zövq almasının şahidi olduq.

Mən beynəlxalq həmkarlarım adından bizə bu möhtəşəm təcrübəni yaşatdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Bu, həqiqətən də bizim hamımız üçün zəngin həyat təcrübəsi oldu. Biz Sizin ölkənizin bir parçası olmaq və inkişafına töhfə vermək imkanı əldə etdik. Biz buradan xoş xatirələrlə ayrılırıq. Mən ümid edirəm ki, gələcəkdə yolumuzun haraya düşməsindən asılı olmayaraq, Azərbaycanın bir parçası bizim ürəyimizdə qalacaq və inanıram ki, bizim yollarımız kəsişəcək.

X X X

“Şöhrət” ordeni ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən gənclər və idman naziri Azad RƏHİMOV dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Cənab prezident Patrik Hikki.

Mərasim iştirakçıları.

İcazə verin, ilk növbədə burada, səhnədə dayanan idmançılarımızın adından Sizə ürəkdən gələn minnətdarlığımı bildirim. Siz 17 gün ərzində onlarla bir yerdə olmusunuz, 17 gün Siz onlara dəstək vermişiniz. İlk dəfə olaraq Azərbaycanın tarixində qazanılan bu yüksək nailiyyət məhz Sizin diqqətinizin, qayğınızın, idmançılarla daim bir yerdə olmağınızın nəticəsidir. Biz bütün idmançıların adından Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu yüksək mükafat təkcə mənim mükafatım deyil. Bu, bizimlə birgə işləyən bütün insanların əməyinə verilən mükafatdır. Sizə on yeddi min könüllünün adından da dərin minnətdarlığımızı bildiririk ki, bu fürsəti onlara Siz yaratdınız. Onlar dövlətimiz, ölkəmiz, əziz Prezidentimiz üçün bu yüksək idman yarışını təşkil edə bildilər, bizimlə bərabər işlədilər. Sizə bütün idmansevərlərin adından bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

X X X

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxundu.

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim etdi.

Əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın 

çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli prezident Patrik Hikki.

Əziz idmançılar.

Əziz dostlar.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi.

Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm.

Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun! Çox sağ olun.

X X X

Nazir Azad RƏHİMOV: Cənab Prezident, Siz daim bizi sevindirirsiniz, bizim nailiyyətlərimizi yüksək qiymətləndirirsiniz. Biz də, idmançılar da, bu salonda əyləşənlər də düşündük ki, Sizi nə ilə sevindirə bilərik. Qərara gəldik ki, Sizin də qeyd etdiyiniz kimi, Oyunlarda bizi sevindirən, kövrəldən gözəl anları bir videoçarx şəklində hazırlayıb burada nümayiş etdirək. Bu, bizim hamımızın adından Sizə hədiyyəmizdir. Çox sağ olun.

Sonra videoçarx nümayiş olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub