İDMAN


Birinci Avropa Oyunlarının məşəli uzunömürlülər diyarı Lerikdə şölələndi VİDEO

Lerik, 1 may, Bağır Əliyev, AZƏRTAC

Birinci Avropa Oyunlarının məşəli Lənkərandan sonra mayın 1-də Lerikə gətirilib.

AZƏRTAC xəbər verir ki, Lerik şəhərinin giriş qapısında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Avropa Oyunlarının rəmzi qapısında lerikli idmançı Rafiq Əliyev məşəli qəbul etdi.

Sonra 10 məşəlçi yürüşə başladı. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi boyunca hərəkət etməklə mərkəzi meydana - Heydər Əliyev Meydanına çatdırdılar.

Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev məşəli Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırdı. İ.Zülfiyev səhnədə məşəli alovlandırdı.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verildi.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Yürüş iştirakçıları, həmçinin Lerik şəhərindəki Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlarla və Bilnə kəndində arıçılıq təsərrüfatı ilə də tanış olublar.

Birinci Avropa Oyunlarının məşəli Lerikdən sonra Astaraya yola salındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.