İDMAN


Birinci MDB Oyunları: Karateçilərimiz iki bürünc medal qazanıblar

Bakı, 11 sentyabr, AZƏRTAC

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə karateçilərimiz iki medal qazanıb.

Kata yarışlarında Ceyhun İsmayılov, kumite növündə isə Mədinə Sadıqova (67 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 49 (13 qızıl, 11 gümüş və 25 bürünc) medal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.