İDMAN


Birinci MDB Oyunlarında cüdoçularımız daha iki medala sahib olublar

Bakı, 9 sentyabr, AZƏRTAC

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında cüdoçularımız daha 2 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Camal Feyziyev (100 kiloqramdan yuxarı) və Şəfəq Həmidova (48 kq) yarışı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) Oyunlarda bürünc medala sahib olublar.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.