İDMAN
Birinci MDB Oyunlarında ölkəmizin aktivinə növbəti qızıl medalı cüdoçumuz Səbinə Əliyeva yazdırıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Cüdoçularımız birinci MDB Oyunlarında daha bir qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan cüdoçularımız bundan əvvəl 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]