CƏMİYYƏT


Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 mini ötüb

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 424 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6225 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 396 min 391-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 min 76, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 470 min 315 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.