ELM VƏ TƏHSİL


Birinci qrupda 150 ballıq ixtisaslar üzrə plan yerləri tam dolub

Bakı, 6 sentyabr, AZƏRTAC

Birinci ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2 min 68 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.