Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Birinci rübdə 135 sahibkarlıq subyektinə 50 milyon manat güzəştli kredit verilib

Bakı, 18 aprel, AZƏRTAC

Birinci rüb ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev aprelin 18-də qurumun fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

İcraçı direktor fondun fəaliyyəti və 2018-ci ilin birinci rübü ərzində maliyyələşdirilən layihələr barədə məlumat verib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlarının icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi, sahibkarların iqtisadi fəallığının daha da artırılması və maliyyə təminatının yaxşılaşdırılması, idxalı əvəz edəcək məhsulların istehsalı və qeyri-neft ixracının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və ardıcıl tədbirləri davam etdirir.

Qeyd edək ki, özəl bölmədə investisiya layihələrinin maliyyələşdirmə mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması və rəqabət mühitinin yaradılmasıdır.

Ş.Abdullayev deyib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi ölkə regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və orta həcmli kreditlər təşkil edir. İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47 faiz), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53 faiz) payına düşür. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir.

"2018-ci ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5145 yeni iş yerinin açılması imkanı yaradır. Verilmiş kreditlərin 74 faizi ölkə regionlarının, 26 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. 2018-ci ildə verilmiş kreditlərin həcmi minimum 170 milyon manat təşkil edəcək", - deyə Ş.Abdullayev qeyd edib.

Diqqətə çatdırılıb ki, əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün və qaçqınların, eləcə də qadın və gənc sahibkarların güzəştli kreditlərdən maksimum bəhrələnməklə biznes yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2076 məcburi köçkün sahibkara 47,3 milyon manat, 4101 qadın sahibkara 95,4 milyon manat və 5639 gənc sahibkara 435,3 milyon manat güzəştli kredit verilib.

Son illər ərzində müasir texnologiyaların tətbiqinə əsaslanan ümumi dəyəri 3,5 milyard manat olan 451 investisiya layihəsinə, o cümlədən 82 logistik mərkəz və taxıl anbarı, 62 müasir istixana və 27 cins heyvandarlıq kompleksi, 40 quşçuluq və 23 iri fermer təsərrüfatı, 18 ət və süd emalı müəssisəsi, 42 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 18 meyvə-tərəvəz emalı və 30 çörək zavodu, 28 tikinti materialları və 81 digər sahələr üzrə istehsal müəssisələrinə 1.4 milyard manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 412-si (91 faiz) artıq istifadəyə verilib, digər 39 (9 faiz) müəssisədə tikinti-quraşdırma işləri aparılır.

Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, respublikanın 30 rayonu üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması prosesi sürətlə davam etdirilir.

Ümumilikdə, aqroparkların yaradılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bununla əlaqədar dövlət vəsaitləri hesabına ümumilikdə 311,8 milyon manat, o cümlədən su, elektrik və qaz xətlərinin çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı vəsait qoyulub, ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manatdan çox dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 556,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Üç aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 26 aqroparkda tikinti-quraşdırma və 16 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətinin daha da artmasına səbəb olacaq.

Ş.Abdullayev pambıqçılığın inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 145,6 milyon manat olan 591 sahibkara 82,4 milyon manat və tütünçülüyün inkişafı ilə bağlı layihələrinin ümumi dəyəri 6,1 milyon manat olan 117 sahibkara 3,3 milyon manat güzəştli kredit verildiyini vurğulayıb.

Ailə biznesinin formalaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə "ABAD"çılara dövlətin güzəştli kreditlərinin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, "ABAD" publik hüquqi şəxs və "Azər-Türk Bank" ASC arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb, ilkin olaraq 12 "ABAD"çıya illik 4 faizlə 150 min manat güzəştli kredit verilib.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, "Azərbaycan Sənaye Bankı" ASC və "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC arasında birgə əməkdaşlığa dair imzalanmış niyyət protokoluna uyğun olaraq, şəkər tozu istehsalının yerli xammal hesabına təmin olunması məqsədilə 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsi üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1472 fermerlə müqavilə bağlanıb və 3600 yeni iş yerinin açılması imkanı yaradılıb.

Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi zamanı innovativ layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir ki, bunlardan hazırda tikintisi davam edən zeytun istehsalı və emalı, istixana şəraitində faraş meyvə, istixanalar üçün polietilen örtük, elektrod, süni mərmər və qranit istehsalı, balıq əti istehsalı və emalı müəssisələrini, eləcə də Qusardakı regional logistik mərkəzi xüsusi qeyd etmək olar.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsi, biznes ideyanın formalaşdırılması və reallaşdırılması, yeni bazara çıxış imkanlarının artırılması və digər sahələrdə dəstək göstərilməsi məqsədilə respublikanın şəhər və rayonlarında, o cümlədən kənd yerlərində işgüzar forumların keçirilməsi və müvəkkil kredit təşkilatları ilə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Fond tərəfindən indiyədək 50 minədək sahibkarın iştirak etdiyi 368 işgüzar forum keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkədə sahibkarlığın inkişafı maliyyə təminatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir