İQTİSADİYYAT


Birinci rübdə 50,2 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

Birinci rübdə 50,2 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

Bakı, 21 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, üç ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 50,2 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 14,1 faiz artıb. Hesabat dövründə ötən ilin yanvar-fevral aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 29,4 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 52,1 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.