İQTİSADİYYAT


Birinci rübdə Azərbaycanda xaricilər bank kartları vasitəsilə 83,9 milyon manatlıq əməliyyat aparıb

Bakı, 29 aprel, AZƏRTAC

Koronavirus pandemiyasının təsiri nəticəsində bu ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadla xəbər verir ki, birinci rübdə Azərbaycanda xaricilər bank kartları vasitəsilə 83,9 milyon manatlıq əməliyyat aparıb. 2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.