İQTİSADİYYAT


Birinci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 1628 müraciət daxil olub

Bakı, 22 aprel, AZƏRTAC

Cari ilin ilk 3 ayında Energetika Nazirliyi və tabeli qurumlara elektrik enerjisi təchizatı, təbii qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji və digər məsələlərlə bağlı 1628 müraciət daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 1235 müraciət müvafiq qaydada icra olunub, 237 müraciət isə baxılmaqdadır. 156 müraciət məlumat xarakterlidir.

Hesabat dövründə nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 41 onlayn vətəndaş qəbulu təşkil edilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 31 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.