İQTİSADİYYAT


Birinci rübdə Energetika Nazirliyi və tabeliyindəki qurumlar 2010 müraciətə baxıb

Bakı, 19 aprel, AZƏRTAC

Yanvar-mart ayları ərzində Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi, təbii qaz təchizatı və digər məsələlərlə bağlı ümumilikdə 2010 müraciətə baxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 1023-ü elektrik enerjisi, 325-i təbii qaz təchizatı, 4-ü bərpaolunan enerji, 20-si istilik təchizatı, 638-i isə digər məzmunlu məsələlərlə bağlı olub.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, borc və cərimələr, qazlaşdırma, sayğaclarda yaranan qüsurlar, icazələr, təşəkkür, işlə təminat və digər mövzuları əhatə edib.

Rüb ərzində 1251 müraciət Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 454 müraciət hazırda icradadır, 305 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları vasitəsilə 30 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular cavablandırılıb, şikayət tipli müraciətlər isə aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib və bu barədə vətəndaşlara məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.