İQTİSADİYYAT


Birinci rübdə Mərkəzi Bankın 840 milyon manatlıq notları dövlət qeydiyyatına alınıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, bu ilin yanvar-mart aylarında ölkədə Mərkəzi Bankın 840 milyon manat dəyərində notları, 170 milyon manatlıq dövlət istiqrazları, 103,7 milyon manatlıq korporativ istiqrazları, 76,8 milyon manatlıq səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 305,1 milyon manatlıq notları, 290,4 milyon manatlıq dövlət istiqrazları, 23,4 milyon manatlıq korporativ istiqrazları və 6,3 milyon manatlıq səhmlər yerləşdirilib. Birinci rübdə nominal dəyəri 737,8 milyon manat olan korporativ istiqrazları, Mərkəzi Bankın 188,4 milyon manatlıq notları, 104 milyon manatlıq dövlət istiqrazları və 80,9 milyon manatlıq səhmlər tədavüldə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.