DÜNYA


Birinci rübdə Rusiyanın neft gəlirləri artıb

Bakı, 13 may, AZƏRTAC

İlin ilk rübündə Rusiya 65,9 milyon ton neft və 61,5 milyard kubmetr təbii qaz ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Belə ki, 3 ayda ölkənin neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Sözügedən dövrdə Rusiyanın neft ixracı üzrə gəlirləri isə 2018-ci ilin eyni aylarına görə, 3,1 faiz artaraq 29,1 milyard dollara yüksəlib.

Ölkənin təbii qaz ixracı əvvəlki ilin eyni ayları ilə müqayisədə bu ilin birinci rübündə 0,4 faiz azalıb. Maye təbii qaz (LNG) ixracı 19,7 faiz artaraq 11,7 milyon kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya ötən il neft ixracından 129 milyard dollar, təbii qaz ixracından isə 49,1 milyard dollar gəlir əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.