REGİONLAR


Birinci rübdə Samuxda investisiya qoyuluşunda artım qeydə alınıb

Samux, 3 may, AZƏRTAC

Bu ilin birinci rübündə Samuxda əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1633,4 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,6 faiz çoxdur.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənayeyə 268 min manat, kənd təsərrüfatına 26,5 min manat, sosial sahəyə 808,9 min manat, tikinti işlərinə isə 530 min manat investisiya qoyulub.

Əsas kapitala qoyulan investisiyanın 294,5 min manatı istehsal təyinatlı, 1338,9 min manatı isə qeyri-istehsal təyinatlıdır. 834,1 min manat əsas fondlar istifadəyə verilib. Tikinti-quraşdırma işlərinin həcmi 1006 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz azdır. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 530 min manat olan 1212 kvadratmetr mənzil tikilib istifadəyə verilib. Əsas kapitala yönəldilmiş sərmayənin 1103,4 min manatı və ya 67,6 faizi dövlət büdcəsindən ayrılmış, 530 min manatı və ya 32,4 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.