İQTİSADİYYAT


Birinci rübdə əsas kapitala 2,3 milyard manat yönəldilib

Birinci rübdə əsas kapitala 2,3 milyard manat yönəldilib

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında əsas kapitala 2 milyard 365,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 32,2 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 1 milyard 761,8 milyon manatı və ya 74,5 faizi məhsul istehsalı sahələrinə, 398,2 milyon manatı (16,8 faizi) xidmət sahələrinə, 205,2 milyon manatı (8,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.