İQTİSADİYYAT


Birinci rübdə istilik və su elektrik stansiyalarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Bakı, 14 aprel, AZƏRTAC

Yanvar-mart aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 6 milyard 924,9 milyon kilovat/saat olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 milyon kilovat/saat azalaraq 6 milyard 604 milyon kilovat/saat, SES-lərdə 15,69 milyon kilovat/saat artaraq 236,09 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 milyon kilovat/saat azalaraq 84,9 milyon kilovat/saat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.