İQTİSADİYYAT


Birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib

Bakı, 20 may, AZƏRTAC

Ötən il 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı təxminən 3 dəfə azalıb. Bu ilin birinci rübündə də 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib. M.Cabbarov bütün bunlara baxmayaraq, vergi plan-proqnozlarının icrasının artıqlaması ilə yerinə yetirildiyini vurğulayıb: “Bu, o deməkdir ki, dövlətə inam var, biznesdə şəffaf işləməyə üstünlük verilir. Biz bu şəraiti yaratmaqda davam edəcəyik”.

Nazir, həmçinin qeyd edib ki, vergiödəyicilərinin hüquqlarının hərtərəfli qorunmasını təmin etmək üçün bu yaxınlarda Vergilər Nazirliyinin nəzdində Vergi Ombudsmanı İnstitutu yaradılıb: “Şəffaflığın təmin olunması prioritet məsələdir və bu mənada biz öz tərəfimizdən asılı olanı edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.