ELM VƏ TƏHSİL


Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-dən paytaxtdakı dövlət ümumtəhsil müəssisələrində uşaqların I sinfə elektron qeydiyyatı ilə bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sualların şərhlər vasitəsilə cavablandırılması martın 15-dək davam edəcək.

İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmək xahiş olunur.

Şərhlər vasitəsilə suallar ünvanlanarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

Müraciətlər yalnız qeyd edilən mövzu ilə bağlı olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.