ELM VƏ TƏHSİL


Birinci sinfə qeydiyyatla bağlı suallar cavablandırılır

Bakı, 28 aprel, AZƏRTAC

Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) feysbuk səhifəsində aprelin 28-dən 30-dək müvafiq suallara cavab verilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, suallar şərhlər vasitəsilə saat 10:00-dan 18:00-dək cavablandırılır.

Valideynlər üçün daha bir imkanın yaradılmasında əsas məqsəd onları düşündürən məsələlərə operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsini təmin etməkdən ibarətdir.

Xatırladaq ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Birinci sinfə şagird qəbulu prosesində məktəb və müəllim seçiminə isə aprelin 29-dan başlanılacaq. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.