ELM VƏ TƏHSİL


Birinci sinfə şagird qəbulu ilə bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir

Bakı, 29 aprel, AZƏRTAC

Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.