ELM VƏ TƏHSİL


Birinci sinfə şagird qəbulu ilə bağlı “WhatsApp” hesabı yaradılıb

Bakı, 27 aprel, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “WhatsApp” hesabı yaradılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar həmin “WhatsApp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, aprelin 27-i saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Müvafiq keçid və “WhatsApp” nömrəsi Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.