ELM VƏ TƏHSİL


Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı fəaliyyət göstərir

Bakı, 3 may, AZƏRTAC

Birinci sinfə şagird qəbulu ilə bağlı vatsap hesabı fəaliyyət göstərir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar (+994) 51 206 78 48 vatsap nömrəsinə yazmaqla, 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.