DÜNYA
Birinci ümumestoniya Milad yürüşü keçiriləcək
Tallinn, 15 dekabr, AZƏRTAC
Dekabrın 26-da, günün ikinci yarısında birinci ümumestoniya Milad yürüşü keçiriləcək. Bu yürüşlə Estoniya Respublikasının yaranmasının 100 illiyi ilə bağlı il ərzində davam edən yubiley yürüşləri seriyasına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ümumestoniya yubiley yürüşündə iştirak hər kəs üçün pulsuzdur.
Bütün Milad yürüşləri arasında hər kəs özünə daha çox uyğun gələnini tapa bilər. Bir çox hallarda bu, bələdçi ilə piyada yürüşləri olacaq. Həmçinin yolsuzluq avtomobillərində, kanoe və elektrovelosipedlərdə yürüşlər də planlaşdırılıb.
Yürüşün müddəti 1-2 saat təşkil edəcək. Burada iştirak üçün qabaqcadan qeydiyyatdan keçmək lazımdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn