RƏSMİ XRONİKA


Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin