RƏSMİ XRONİKA


Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC 

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentə məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Binada 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir işləri həyata keçirilib. 2 mərtəbə və 2 korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və 5 qrupdan ibarətdir. Binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədi ilə bağçanın həyətində müxtəlif yelləncəklər qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin