RƏSMİ XRONİKA
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı paylaşım edib
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!".