RƏSMİ XRONİKA


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin