Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində işğaldan azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar! Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"