RƏSMİ XRONİKA


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən-nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin