CƏMİYYƏT


Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə qoşulan hər kəs sağlam gələcəyə töhfə vermiş olacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü təqdirəlayiqdir. Bu təşəbbüs Nəsiminin xatirəsinə gözəl bir ithaf olmaqla yanaşı, ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılmış növbəti faydalı addım olacaq.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Abuəli Hüseynli məlumat verib.

A.Hüseynli bildirib ki, Abşeron yarımadasının yaşıllaşdırılmasına ehtiyac var: “Abşeron torpaqları neftlə çirklənib. Burada torpaqların təbii təmizlənməsinə kömək edə bilən şam, zeytun, badam, əncir ağacları əkmək lazımdır. Bununla yanaşı, zeytun, badam, əncir ağaclarının meyvələri ilə həm daxili tələbatı ödəmək, həm də onları xarici ölkələrə ixrac etmək olar. Ölkə başçısının ətraf mühitin mühafizəsinə göstərdiyi diqqət sayəsində yaşıllıq ərazilərinin sahəsi artır. Yaşıllıqlar nə qədər çox olarsa, Abşeronun havası bir o qədər də təmizlənər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünə qoşulan hər kəs sağlam gələcəyə töhfə vermiş olacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.