CƏMİYYƏT
Birinci yarımildə məhkəmələrdə 4499 şəxs barəsində cinayət işi və materiallara baxılaraq yekun qərarlar qəbul olunub
Bakı, 1 sentyabr, AZƏRTAC
Cari ilin birinci yarısında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 4499 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul olunub.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə edilir.