SİYASƏT


“Birinci zabit komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq “Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.