Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Birincidən 45-ciyə: ABŞ prezidentləri barədə maraqlı faktlar

Birincidən 45-ciyə: ABŞ prezidentləri barədə maraqlı faktlar

Bakı, 8 noyabr, AZƏRTAC

Bu gün ABŞ-da ölkənin 45-ci prezidenti seçiləcək. Amerikada prezident seçkiləri 1789-cu ildən etibarən keçirilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla ABŞ prezidentləri barədə maraqlı faktları təqdim edir.

 

1. İlk prezident

Corc Vaşinqton 1789-cu ildə yekdilliklə ABŞ-ın ilk dövlət başçısı seçilib. 1792-ci ildə yeni müddətə prezident seçilən C.Vaşinqton həmin vaxtdan etibarən seçənlər kollegiyasının bütün üzvlərinin (100 faiz) səsini qazanan yeganə prezident olaraq qalır. O, ABŞ tarixindəki iki partiyasız prezidentdən biri olub. Partiyadaxili mübarizənin siyasi həyata mənfi təsir göstərdiyini və ölkənin inkişafını ləngitdiyini düşünərək partiyaçılıq ideyasını rədd edib. İkinci partiyasız prezident isə Con Tayler (1841-1845) olub. O, əvvəlcə vitse-prezident seçilib, 1841-ci ildə isə Uilyam Harrisonun ölümündən sonra dövlət başçısı postunu tutub. Vitse-prezident seçilərkən viqlər partiyasının üzvü olsa da, prezident olduqdan sonra partiya maraqlarına zidd siyasət yeritdiyi üçün təşkilatın sıralarından xaric edilib.

 

2. 12 il prezident postunda

Franklin Delano Ruzvelt (1933-1945) ABŞ-ın dövlət başçısı postunda hamıdan çox qalan prezidentdir – 12 il (4422 gün). Bu postda ən az qərar tutan isə inauqurasiyadan bir ay sonra vəfat etmiş Uilyam Harrisondur (31 gün).

 

3. Cavanlar və qocalar

ABŞ-ın ən gənc prezidenti 42 yaş 10 ayında vəzifəyə yüksələn Teodor Ruzveltdir (1901-1909). Lakin o, bu posta seçkilər nəticəsində deyil, 1901-ci ildə prezident Uilyam Mak-Kinlinin qətlindən sonra vitse-prezident kimi yiyələnib. Ən gənc seçilən prezident isə 43 yaşında hakimiyyətə gələn Con Kennedidir (1961-1963). 69 yaşında prezident seçilən Ronald Reyqan (1981-1989) ABŞ-ın ən yaşlı dövlət başçısıdır. O, iki müddətə prezident seçilib və Ağ evi 78 yaşında tərk edib.

 

4. Fasilələrlə iki müddət

Qrover Klivlend ölkə tarixinə fasilələrlə iki müddət prezident seçilən yeganə dövlət başçısı kimi düşüb. O, ABŞ-ın 22-ci və 24-cü prezidentidir (1885-1889 və 1893-1897).

 

5. İlk qaradərili prezident

Brak Obama (2009-2017) ABŞ tarixində ilk qaradərili prezidentdir.

 

6. “Nobel” mükafatı laureatları

ABŞ-ın üç prezidenti – Teodor Ruzvelt (1901-1909), Vudro Vilson (1913-1921) və Barak Obama (2009-2017) vəzifədə olarkən “Nobel” sülh mükafatı alıblar. Bundan başqa, həmin mükafat sabiq prezident Cimmi Karterə (1977-1981) də təqdim olunub.

 

7. Prezident seçkilərinə qatılan ilk qadın

İndiyədək ABŞ-da qadın bir dəfə də olsun prezident və vitse-prezident postunu tutmayıb. Vitse-prezident postuna iki qadın namizədliyini irəli sürüb: 1984-cü ildə Demokratik Partiyasından Ceraldin Ferraro (Uolter Mondeyllə birgə) və 2008-ci ildə Respublika Partiyasından Sara Peylin (Con Makkeynlə birgə). Prezidentlik yarışına qoşulan ilk qadın Demokratik Partiyasının namizədi Hillari Klintondur. 2008-ci ildə o, partiyadaxili praymerizdə Barak Obamaya məğlub olub. 2016-cı ildə isə Hillari Klinton Demokratik Partiyasından prezidentliyə rəsmi namizəd seçilib.

 

8. Əməkhaqqını xeyriyyəçiliyə xərcləyənlər

Dağ-mədəni sənayesi sahəsində sərvət toplamış Ağ evin 31-ci başçısı Herbert Quver (1929-1933) və varlı ailədən çıxmış ABŞ-ın 35-ci prezidenti Con Kennedi (1961-1963) öz prezidentlik əməkhaqlarını xeyriyyəçiliyə sərf ediblər.

 

9. “Corc Buş” təyyarədaşıyan gəmisi

ABŞ-da prezidentlər istefaya getdikdən sonra da adları uca tutulur. Təyyarədaşıyan gəmilərə sabiq dövlət başçılarının adlarını vermək kimi ənənə mövcuddur. ABŞ-ın 41-ci prezidenti ata Corc Buşun şərəfinə adlandırılan “Corc Buş” təyyarədaşıyan gəmisi 2006-cı ilin noyabr ayında suya buraxılıb.

 

10. Qayaya həkk olunanlar

Corc Buş, Avraam Linkoln və Tomas Ceffersonun adları Vaşinqtonda memoriallara yazılıb. Həmçinin Teodor Ruzveltlə birgə onların surətləri Cənubi Dakotadakı Raşmor dağında qayaya həkk olunub. Arlinqton qəbiristanlığında isə Con Kennedinin şərəfinə məşəl alovlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub