ELM VƏ TƏHSİL


Birincilərin sevinci…

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasında “Bilik günü” münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Rəhbərlik etdiyi gimnaziyanın fəaliyyəti barədə məlumat verən direktor burada şagirdlərin təhsili üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

Təhsil müəssisəsinə xüsusi istedadı və qabiliyyəti olan uşaqların cəlb edildiyini vurğulayan A.Əhmədova bu il ilk dəfə məktəbə qədəm qoyan birinciləri təbrik edib.

Digər çıxış edənlər də “Bilik günü” münasibətilə müəllim və şagirdlərə uğurlar arzulayıblar.

Birincilər doğma Vətən və məktəb haqqında şeirlər söyləyib, rəqslər ifa ediblər.

Sonra “ilk zəng” çalınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.