İQTİSADİYYAT


Birləşmiş Ərəb Əmirlikləri “OPEC+”dan çıxır?

Bakı, 19 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “OPEC+”dan çıxmaq fikrindədir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, BƏƏ buna səbəb kimi OPEC-in ölkələr üzrə istehsal hədəflərini ədalətli şəkildə bölüşdürmədiyini göstərir. Bu xəbər koalisiyanın istehsalın bərpasını müzakirə etdiyi danışıqlar zamanı yayılıb.

“OPEC+”un daxili problemlərlə üzləşdiyi bir vaxtda isə neft qiymətləri son 2 ayın ən yüksək səviyyəsindən geriləməyə başlayıb.

Qeyd edək ki, hazırda OPEC-ə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır.

OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.