DÜNYA


Birləşmiş Ərəb Əmirlikləri fevralda Çindən daha çox ABŞ istiqrazı alıb

Bakı, 21 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fevral ayında Çindən daha çox ABŞ xəzinə istiqrazı satın alıb. Beləliklə də, BƏƏ ABŞ xəzinə istiqrazlarını təxminən 17 milyard dollar artırıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, OPEC-in üçüncü ən böyük neft istehsalçısı olan BƏƏ ABŞ istiqrazları fevral ayında təxminən 50 faiz artaraq 50,6 milyard dollara çatıb. Bu, BƏƏ-nin ən böyük aylıq istiqraz alışı olub. Beləliklə, fevral ayında İngiltərədən sonra ən çox ABŞ istiqrazına sahib ikinci ölkə BƏƏ olub.

Dünyadakı neft ehtiyatlarının təxminən 6 faizə sahib olan BƏƏ-nin bu istiqrazları petro-dollar gəlirlərinin azalmasına qarşı qorunmaq üçün satın ala biləcəyi bildirilir.

Çin fevralda 9 milyard dollarlıq ABŞ xəzinə istiqrazı satın alıb və ümumi ABŞ istiqrazları 1,1 trilyon dollara çatıb. Bu, 2019-cu ilin ortalarından bəri ən yüksək səviyyədir.

Fevral ayında Səudiyyə Ərəbistanı və Küveyt isə ABŞ istiqrazlarını satıb.

Beynəlxalq Valyuta Fondu Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankının ehtiyatlarının bu il 119 milyard dollara çatacağını proqnozlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.