DÜNYA


Birləşmiş Ərəb Əmirlikləri hökuməti milli kosmik strategiyanı təsdiq edib

Əbu-Dabi, 12 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabineti 2030-cu ilədək ölkənin milli kosmik strategiyasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bu strategiya BƏƏ-nin qlobal kosmik elm və texnologiya mərkəzinə çevrilməsinə yönəlib. Belə ki, Əmirlik elmin inkişafına, qanunvericilik və maliyyə bazasına sərmayə yatıracaq, bu da kosmosun kəşfiyyatı ilə əlaqədar layihələri cəlb edəcək. Strategiyanın həyata keçirilməsində dövlət və özəl təşkilatlar, təhsil və tədqiqat institutları, layihələşdirmə mərkəzləri iştirak edəcəklər.

Kosmik strategiya özündə 36 məqsəd və 119 təşəbbüsü birləşdirir. Onların həyata keçirilməsində Əmirliyin 85 müəssisəsi iştirak edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.