İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri ilə yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 24 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (Moiatuae), ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (Moiatuae), ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə danışdıq”, - deyə nazir diqqətə çatdırıb.