DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peykini göndərib
Qahirə, 3 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlətinin yaranmasının 49-cu ildönümü günü münasibətilə dekabrın 3-də Fransanın Qvineya adasındakı kosmodromdan əmirliklərin “Falcon Eye” (“Şahin gözü”) peyki fəzaya buraxılıb.
AZƏRTAC xəbər verir ki, peyk Rusiyanın “Soyuz T” raketdaşıyıcısı vasitəsilə kosmosa göndərilib.
BƏƏ-nin Kosmik Uçuşlar Mərkəzinin məlumatında bildirilir ki, ümumi çəkisi 1190 kiloqram olan peykin öz daxilində orbitə buraxılacaq əlavə 12 kiçik peyk var. Onların hamısı ən müasir optik müşahidə kameraları ilə təchiz edilib. Peyklər rabitə, Yerin atmosferinin monitorinqi və digər funksiyaları yerinə yetirəcək və orbitdə 10 il qalacaq.
Qeyd olunub ki, kosmik fəzaya göndərilən peyklər BƏƏ mütəxəssisləri tərəfindən Əbu-Dabidəki təsislərdə hazırlanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]