DÜNYA


Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a yoluxma sayında antirekord qeydə alınıb

Qahirə, 12 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COVID-19 infeksiyasına yoluxma sayında antirekord qeydə alınıb. AZƏRTAC xəbər verir ki, Əmirliklərin Səhiyyə Nazirliyi son sutka ərzində 1007 nəfərin yeni növ koronavirusa yoluxduğunu, 1 pasiyentin isə öldüyünü bildirib. Həyatını itirənlərin ümumi sayı isə 399 nəfərə çatıb.

BƏƏ-də artıq pandemiyanın ikinci dalğasının başlaması barədə xəbərlər yayılır. Hökumət bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanında da COVID-19 pandemiyası ilə bağlı vəziyyət qənaətbəxş deyil. Krallıqda son sutkada 687 yoluxma, 24 ölüm faktı qeydə alınıb. Bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 300 min nəfəri ötüb, 4123 pasiyent isə həyatını itirib.

Son 24 saat ərzində Misirdə yeni növ koronavirusa 151 nəfər yoluxub, 17 pasiyent isə vəfat edib. Avqustun son günlərində yoluxma halları azalsa da, sentyabrın ortalarına doğru yenidən artır. Artıq Misirdə 100 min 700 yoluxma, 5607 ölüm faktı qeydə alınıb.

Yaxın Şərq və Şimali Afrika ölkələrində mövsümi qrip də yayılmaqdadır. Ekspertlər hesab edirlər ki, oktyabrdan başlayaraq COVID-19-a yoluxanların sayı daha da artacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.