DÜNYA


Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq qadınlar federal səviyyədə hakim təyin edilib

Əbu-Dabi, 20 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahyan ölkə tarixində ilk dəfə olaraq iki qadını federal məhkəmə sistemində hakim vəzifəsinə təyin edib.

AZƏRTAC WAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin qərarına əsasən, Xədicə Xamis Xəlifə Əl Malas və Salama Rəşid Salem Əl Ketbi federal səviyyədə hakim vəzifəsinə təyin olunub.

Bu təyinatlar hökumətin qadınların ölkənin inkişafındakı rolunun dəstəklənməsi ilə bağlı mövqeyini əks etdirir və onların məhkəmə sistemində daha geniş təmsil olunmasına yönəlib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.