DÜNYA


Birləşmiş Ərəb Əmirliklərində işaxtaranlar “WhatsApp”da dələduzluğun yeni üsulu ilə qarşılaşıblar

Əbu-Dabi, 11 yanvar, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya İdarəsi ölkə əhalisini “WhatsApp” vasitəsilə alınan məlumatların təhlükəsi barədə xəbərdar edib. Bu məlumatlar, ilk növbədə, ölkə ərazisində iş axtaran insanlara istiqamətlənir.

AZƏRTAC xəbər verir ki, dələduzlar şəxsi məlumatların oğurlanması məqsədilə yüksəkməvacibli iş vədi ilə messencerə məlumat göndərirlər. Bu məlumatı qəbul etməklə, aldadılan şəxslər istər-istəməz özləri barədə məxfi məlumatları, o cümlədən maliyyə məlumatlarını, şəxsi fotoşəkilləri onlara ötürürlər. Bir çox hallarda “WhatsApp”a göndərilən məlumatlarda guya həmin şəxs haqqında cinayət işinə dair xəbərlər yer alır və bunlarla ətraflı tanış olmaq təklif edilir.

BƏƏ-nin Telekommunikasiya İdarəsi vətəndaşlara naməlum şəxslərdən gələn bu məlumatlara münasibətdə ehtiyatlı olmağı və təqdim olunan göndərişləri açmamağı tövsiyə edir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.